ANAM
Anamı sorsanız,
Köylü bir qadınmış derlər
Oxula varmamış heç zaman
Ürəyi vəbbalı anam.
Adının cizgisini çəkirkən
Nüqtəsini unudardı ğaliba
Dodağı qaçardı bir gülümsəyə
Damğası söyüd dalı kimi
Başı zəvallı anam.
Min doqquzyüz-unudulmuş il:
Anamı sorsanız
14 yaşı varkən
Boylu bir qadınmış derlər
Gövdəsi dum-duru
Arxasından günəşi görərdim
Bənizində dişlərdim almanı
Sonra da,
gözlərində ulduzları dərərdim...
Dodağından alov
Döşlərindən ay ışığı fışqırar
Böyləsinə duyurdum
Hər səhər əllərimi saçlarında yuyurdum
Anamı sorsanız,
Bir azca dəli,
Bir azca dolu qadınmış derlər.
Halada qoxusu burnumda
ətəyi reyhan,
əlləri xəmir qoxuyan anam
şıltaq bir uşaqdım
“ Bu cocuq tanrının bəlasıdır derdi anam”
Gündüzü oturmaq
Gecəni uyumaq bilməm
Hər gecə boylanıb pencərədən dişarı baxardı,
“ Vay mənə
Baxınız o qara devə,
Torbası çiynində,
Qabası əynində,
Nə də qanlı gözlərini dikmiş evə!”
Hala da qulağımdadır...
Sonra böyüdüm
Ağzımda süd
əllərimdə qan qoxusu
hər zaman öldürəcəyimi düşünərdim...
bir gecə üstünə vardım
vay mənə,
birinci cinayət doğuldu əllərimdə,
halada xatirəmədədi yalvarışları,
halada gözümdən itməz sonuncu baxışları
dodağı göm-göy
bənizi sap-sarı
kəpək kimi xırxırası oğuldu əllərimdə
altıma sərildi ləş kimi
sonra da zəvallibir bir quş kimi
titrəyib boğuldu əllərimdə
büs-bütün susdu
qurumuş bir ağac da olmadı
sındığına şaqqıldasın
vay mənə
birinci cinayət doğuldu əllərimdə...
məzarından alov püsgürürdü,
əllərimi ciblərimdə gizlədim
hamının baxışlarını izlədim
və sonra,
ürəyim durmadan vururdu
hava betondan ağır
yağış yağmadan,
yel əsmədən dururdu.
Ağzımda süd
əllərimdə qan qoxusu
içimdə vicdan
dışımda polis qorxusu...
sonra böyüdüm
sözümü ürəyimə utdum
və hər nəyi unutdum
anamı sorsanız
14 yaşı varkən
Ölü bir qadınmış derlər...
BAKİR FAHİŞƏ
Hey bizim şəhərin bakir fahşası
Hey dəniz dibində susuyan balıq
Hey dəli ərkəyin sol qabırğası
Hey ömür bağçası qızıl almalıq
Üşüdür içimi odlu bir cünun
əriyib-əriyib içimə doldum
sən özün, özünün vurğunu oldun
mənsə özgəsinə yanıb kül oldum
nə yaxcı kimsəni sevmədin heç vaxt
ürıyin də bakir, ruhun da bakir
sevdikcə nifrətim artılır ancaq
artılır, artılır, qat-qat artılır
iyrənc kişilərin gövdəsi altda
özünü quyladın bir cəsəd kimi
ömrünü sonduğun kişilər hətta
qaytarıb bir anın sənə verdimi?
Sənə toxundular bəzən də zorla
Qanını coşdurdu qəzəbli boğzun
Yumruğun açıldı bir qəpik pula
Issi bir öpüşlə yumuldu ağzın
Hələ ağıl dişin çıxmayıb sənin
otuz dişinlə də gülürsən canım
Bir çəkim həşişin düşgünüsən sən
əcələdən öncədən ölürsən canım
gündəlik ləzzəti adətə döndü
hər gecə əyləncə, hər gecə bir seks
odlu nəfəslərlə, qan-tər içində
və quru torpaqda vəhşicə bir seks,
sənin tam yaşayış fəlsəfən oldu.
nə bilim ay adam, bəlkə haqlısan!
Heç nəyin üstündə dünya quruldu
Bəlkə heç nə üçün yaşayır insan!
Heç üzülmə gülüm hüç də utanma
Utansın yerinə kişilər sənin
Özünü sufranın artığı sanma
Bağımsız yaşamaq çətindir, çətin!
Özünü sevməkdə az gətirmədin
Təkcə Sənin suçin budur sadəcə
Hələ xatirinədə qalıbdır yəqin
Özünü aynada öpdüyün gecə
Qadın var ərinin gizli gözündən
Küçə fahşasına həsədlə baxır
Qadın var ərilə vitrin önündə
Kişi mankəninə şəhvətlə baxır
Pərdələr çəkili, pencərələr kip
Dayaz sevgilərin həvəsi qissa
Yataq yerlərində dal-dala yatıb
Taza gəlinlə bəy etinasızca
Baş alıb gedirəm bu gecə burdan
Fikir qovra çəkir əsəblərimə
Yetirməz məni heç sadəcə burdan,
Bir şüşə Viski də yataq yerimə...
Dayanıbdır saat “onbiryarım”da
Sankı kayinat da tutubdur aram
Qanım tərsə axır damarlarımda
Intihardan ağır bir durumdayam
Hava beton kimi ağır və donuq
Polislər yuxusun qahqahanla poz
Sıxılan güllədən biz ki qorxmuruq
Bu ağır havanı dəlib ötənməz
Saqın salma mənə qəlbinin erkin
Tökmə göz yaşını omuzlarıma
Məni qucaqlama ola bilər ki,
Ürəyim bomba tək açıla bilsin
Içəri gəl qorxma qapını kiplə
Sənə toxunmağa nə can var nə hır
Indi hətta mənə bir tikə iplə
Özümü asmaq da faydasız gəlir
Qurtuluş haçandı, de görüm haçan?
Nədən tükənməsin uşaq səbrimiz?
Allahla şeytanın üqdəsin açan,
Zor döyüşlərinin məhkumuyuq biz
Allahı şeytanla barışdır gülüm
Əmizdir şeytanı süd əmcəyindən
Mənim son umudum ölümdür ölüm
Yaşama ölümlə yanaşıram mən
Şeirlə heç zaman boşalmadım mən
Bəzən şeirlərim sıxır qəlbimi
Yazdığım şeirə baxıram hərdən
Ölü uşaq doğan bir qadın kimi
Tam paradoks olub düşüncələrim
Özümün özümə gülməyim gəlir
Neyləyim yaşama qalmayıb hırım
Bu gecə sadəcə ölməyim gəlir
Yeyib-qurtarıram özüm özümü
Saat əqrəbəsi biçir zamanı
Sürtün sumbatayla ağıl gözümü
Bəlkə aydın görəm bu boş dünyanı
Dünyanın havasın döşümə sordum
Sonuncu nəğməsin oğuyan quyam
Qapa gözlərimi hasta-hasta yum
Tanrıya indi bir nəfəs borcluyam
Hey bizim şəhərin bakir fahşası,
Hey dəli ərkəyin sağ qabırqası,
hey quru dəryanın duz qasırğası
hey...
BİZ ZAMAN ÜZÜLƏRDİN BİR AZ
Heç nə olmadan ağlardın
Təkcə ürəyimi kövrətmək üçün
Təkcə,
Səni adicə qucaqlayıb,
Otancaq kəndini kəndimə öyrətmək üçün
Omuzlarıma qoyardın başını
Tökərdin gözlərinin saxta yaşını
Oğunub-gülərdin bir az
Bir zaman üzülərdin bir az
Uşaq kimi əllərimi köksümə döyərdim
Sevgimizi böyüklərə yox,
halal süd əmmiş uşaqlara öyərdim
Qışın şaxtasında,
əngi yaxasına keçmiş uçaqlara,
“Bilirsizmi?
Çiçək od parçasıdır deyərdim”...
Mən səni dəli tək sevərdim,
Sən də mənim üçün ölərdin bir az
Bir zaman üzülərdin bir az
Səni qonaqlardım bir gecə
Bəbəyimcə sevdiyim kitablarımı
Bir qarın yeməyə satardım gizlicə
Məni qonaqlardın bir gecə
Sonra cibindəki yavan çörəkdən sadəcə
Mənimçün bölərdin bir az
Bir zaman üzülərdin bir az...
Sonra böyüdün
Doğrusu böyük olduğunu duydun
Və öyrəndin,
böyüklərə uşaq qalmağın yaramadığın
olsun Çiçək
heç də önəmli deyil,
məni bu halımda aramadığın!
Kim səni qucağımdan qopardı?
Hanəsı qanmazın birisi ürəyini apardı?
Nankorluq mənim kimisinə yapılarmı?
Birdə dünyanı gəzsəm,
sənin kimisi tapılarmı?
Qanını içib keflənimmi bunca?
Ciyərlərini məzə edimmi doyunca?
Hanı sevgimizi su rənginə boyardım?
Hanı heç zaman gözlərinə doyardım?
Hanı açı verdiyin qucaqların hanı?
Hanı maçı verdiyin dodaqların hanı?
Olsun Çiçək,
Böyüdükcə unutdun ki,
Mən səni sevərdim dəli tək
Sən də mənimçün ölərdin bir az...
Qayıt mənə bir gecə
Heçdə gözləmədiyim anlarda
Habelə ansızın qollarını aç mənə
Sım-sıxı boynuma sarıl
Boynuma sarıl mənim üçün
Qapımı döy gizlicə
Tələsib də qaç mənə
Sım-sıxı qoynima sarıl
Qoynuma sarıl mənim üçün
Qayıt da odama bax
Pandolu qırılmış saatı gör
- ölümə qurulmuş-
Divarlar cızıq-cızıq
Cəsədim van içində,
Şüşələr oğum-oğum
Yumrağum qan içində....
Mən nə qızlar sevdim
Mən nə qızlar sevdim
Mən nə qızlar sevdim
Sevdim də dəli tək
Vay bə nə qızlar sevdim
Hamısının adi Çiçək!
Üzülmə yaşamın tükənirsə,üzülmə oğlan
Üzül başlanmamağından
Qorx İnsan oğlu qorx
Suda boğulmaqdan- doğulmadan
Və gunahsız ölməkdən- heç bir suçun olmadan!
Mən nə qızlar sevdim, mən...
Yenidən qaytarın məni ana qarnına birdə
Təpin qarnına, lab da belə doğulduğum yerdən!
Mən nə qızlar sevdim, mən!
Düşün ağacları düşün
Ayaq üstə öldüklərin büsbütün, barı düşün
Düşün üstümə yaxılmış qanı
Düşün bir azda olsa
İyrən ətəyimə çörək qoymaqdan
Ama saqın o qızdan saqın
Saqın yolunda ürək qoymaqdan
Mən nə qızlar sevdim, mən!
13 yaşım varkən də başladım, uşaqkən...
Sənha! Saqın almanı dərməyəsən ha!
Saqın onu əllərinlə soymaqdan
Saqın ətəyinə qoymaqdan
Və sonra bir diş vurub doymaqdan saqın!
Bax əllərimi bulamış mor dadli, vazelin qoxulu qan!
Mən nə üzlər öpdüm,
Nə əllər tutdum,
Nə bellər qucdum, deyəməm
Və bir daha nələr yapdığımı söyləyəməm!
Qəbirmi azlığı var, ölməkdən qorxam?
Yoxsa para mı istər ölmək?
Üzülmə yaşamın tükənirsə,üzülmə oğlan
Üzül başlanmamağından!
Vay anam anam!
Kim məni püləmiş qarnına?
Məndənmi qoyu almış öncədən? Xatırlamam!
Axi kim şişirmiş onu?
Otanma söylə,
Kefdənmi başlandi,
Ağrıdamı bitdi sonu?
Buda mənim payım
Qurumuş bir ağac da olmadım, sındığıma şaqqıldayım!
Hırsımdan çeynərəm ayaq dırnaqlarımı
Çeynərəm də ətli sümüklü
Hamı kişilər tərli
Hamı qadınlar yüklü
Yazığım gələr uşaqlara
Etiraz da bacarmazlar yerli dibli!
Yenidən qaytarın məni ana qarnına birdə
Təpin qarnına, lapda belə doğulduğum yerdən
Evləndinmi?
Gözüm aydın!
Haydı denə,
Bir daha kimi əylənirsən yenə,
Və bir daha kimi qandırırsan kəndinə?
Utanma söylə,
Kimə yedirirsən mənim artığımı?
Görüm bə açılsın əlin
Bir daha kimi aldadırsan
De bə kimi:
Görüm bə sünnət olsun dilin!
Evləndinmi? – gözümaydın!
Al da sənin olsun
Qopar divarımdan tərsinə asdığım fotonu
Bir az da sus
Bir az da kəs səsini
Görüm bə filimə çəkilsin
Səni qucaqladığım yoxluq
Görüm bə ekrana qoyulsun
Sənilə yaşadığım sənsizlik
Kimi qorxudursan?
Lap da belə vitrinə qoyulsun çılpaqlığın
Lapda belə reklam verilsin gözəlliyin
Bu da bir sevda
Nasıl da olsa başlanıb da bitər
Özgələrə pay olsun varlığın
Mənə yoxluğun yetər!
VAY_VAY
Bir daha göyçək ol
Sonra sənimi qızıb-söydüm?
Görüm bə kül ələnsin başıma kəhkəşanlar
Sonra sənimi əzib-döydüm?
Görüm bə çiban deşilsin içimdə vulqanlar
Dönəcəkmisən görən!
Yani unudacaqmısan,
Və bir daha anmazın,
Arxadan gözlərimi tutacaqmısan?!
Biz azda kövrək ol
Dön mənə bu gecə
Bir azda ürək ol
Döyün mənə bu gecə
Bir azda göyçək ol
Soyun mənə bu gecə.
Heç də mənə yaramaz bu işlər
Həyəcanımı gizlədəməm
Büs-bütün adernalinmi,
Yoxsa qanmı damarıma işlər?!
Sonra sənimi aldatdım
Görüm bə yerə soxulum ləş-ləş
Sonra sənimi büzüşdürüb bir kanara atdım
Görüm bə od düşsün içimə günəş!
Vay-vay
Görüm bə daş düşsün başıma ay!
Bir kəz səni sıxdım
Min kəz içimə sıxıldım
Haydı yetim!
Bir kəz sənin,
ama min kəz kəndi dodaqlarımı dişlədim
dönəcəkmisən görən!
Yani unudacaqmısan,
Və bir daha anmazın
Arxadan gözlərimi tutacaqmısan?!
QAYIT DA BIR DAHA
Qarşımda bir qoca var
Hamıdan küsmüş
Və 40 ildir daş kimi öyləsinə susmuş
Toratanlar var saqqalında
Və ətəyində bir quş var,
Səssizcə yuva qurmuş!
Ürəyindən nələr keçər biləməm
Bütün bilginlər yığışıb da aça bilməz gizin,
Qarşımda bir qoca var
40 ildir peşindədir
14 yaşlı bir qızın...
Vay məni Çiçək!
Qayıt,qayıt da bir daha
Təki səndən bir cocuğum olsaha...
Önümdə keş kimi uzanır yollar
Saqqız kimi dolaşır əl-qoluma
Yollar sankı şallaqdırlar
Belinə çəkilmiş yerin
Və günəş qanlı yaşdır axşamlar
Üzündən damlar göyün!
De bə Yusuf:
“Oooof benim eşek kafam of”
Boş ver allahına bax
Burax
Burax o itin qızını burax
Tələs qız,
Bir saatdan sonra görüşəcəyiz
Yani yüz il çəkər qurtarsın bu bir saat!
...Bir daha əllərim, əllərini bulsa ha
Və sarılsaq sım-sıxı yağmurlu gecələr
Təki, təki səndən bir cocuğum olsa ha...
Ölməzdim inandığın Allaha...
SEVDIYIMQƏZƏ DERDIM ƏFƏNDILƏR
Dəlicəsinə sevənlər də varmış
Oarda bir kişi,
Eşinə bir tikə sümük sonur doğum günündə
Altını damğalayır:” doğum gunun qutlu olsun”
Orada bir qadın,
ərinə başdaşı yonur doğum günündə
üstünü damğalayır:” gələcəyin mutlu olsun eşim”
boşver onları boş ver
sevdiyim qızı derdim əfəndilər!
Küsərkən
Nə yanıqlı gedirdi
Ürəyimin başı kimi
Barışırkən necə də duzlu gəlirdi,
Gözlərimin yaşı kimi.
Məndən dəlilər də varmış,
Burada bir qəssab,
Eşini tumarlayır hər gecə
Davar budunu tumarlayan əllərilə
Habelə qızılsız bir qadın
Kor ərinin çəliyini satır gizlicə.
Boş ver onları boş ver
Sevdiyim qızı derdim əfəndilər!
Heç nə olmadan ağlardı
Ürəyimi kövrətmək üçün
Omuzlarıma alardım başımı
Utancaq kəndini kəndimə öyrətmək üçün
Küsməyi naşı kimi
Barışmağı naşı kimi
Peşmanlığı naşı kimi
Necədə duzlu gələrdi
Gözlərimin yaşı kimi.
Ürəkdən ovuca düşənlər də varmış
Gəlinlər HƏN sözünü,
Ölənə qədər susurlar
Körpələr əmdiyi sütü anasının üzünə tüpürməkdə
Analar doğmur ki,
Zəhər kimi qusurlar!
Boş ver onları boş ver
Sevdiyim qızı derdim əfəndilər!
Sevə-sevə ayrıldıq
Ağlardım
Pulunu itirmiş uşaq kimi
Yetər mənə yetər
Büs-bütün içimə köçdüyüm yetər
Duvar kimi öz başıma üçdüyüm yetər
Olamadım atam kimi nə yazıq
Olamadım anamın halal oynaşı kimi
Necədə duzlu-duzlu gözümdən düşdü,
Gözlərimin yaşı kimi!...
Mən nə qızlar sevdim
Sevdim də dəli tək
Vay bə nə qızlar sevdim
Hamısının adi Çiçək!
Üzülmə yaşamın tükənirsə,üzülmə oğlan
Üzül başlanmamağından
Qorx İnsan oğlu qorx
Suda boğulmaqdan- doğulmadan
Və gunahsız ölməkdən- heç bir suçun olmadan!
Mən nə qızlar sevdim, mən...
Yenidən qaytarın məni ana qarnına birdə
Təpin qarnına, lab da belə doğulduğum yerdən!
Mən nə qızlar sevdim, mən!
Düşün ağacları düşün
Ayaq üstə öldüklərin büsbütün, barı düşün
Düşün üstümə yaxılmış qanı
Düşün bir azda olsa
İyrən ətəyimə çörək qoymaqdan
Ama saqın o qızdan saqın
Saqın yolunda ürək qoymaqdan
Mən nə qızlar sevdim, mən!
13 yaşım varkən də başladım, uşaqkən...
Sənha! Saqın almanı dərməyəsən ha!
Saqın onu əllərinlə soymaqdan
Saqın ətəyinə qoymaqdan
Və sonra bir diş vurub doymaqdan saqın!
Bax əllərimi bulamış mor dadli, vazelin qoxulu qan!
Mən nə üzlər öpdüm,
Nə əllər tutdum,
Nə bellər qucdum, deyəməm
Və bir daha nələr yapdığımı söyləyəməm!
Qəbirmi azlığı var, ölməkdən qorxam?
Yoxsa para mı istər ölmək?
Üzülmə yaşamın tükənirsə,üzülmə oğlan
Üzül başlanmamağından!
Vay anam anam!
Kim məni püləmiş qarnına?
Məndənmi qoyu almış öncədən? Xatırlamam!
Axi kim şişirmiş onu?
Otanma söylə,
Kefdənmi başlandi,
Ağrıdamı bitdi sonu?
Buda mənim payım
Qurumuş bir ağac da olmadım, sındığıma şaqqıldayım!
Hırsımdan çeynərəm ayaq dırnaqlarımı
Çeynərəm də ətli sümüklü
Hamı kişilər tərli
Hamı qadınlar yüklü
Yazığım gələr uşaqlara
Etiraz da bacarmazlar yerli dibli!
Yenidən qaytarın məni ana qarnına birdə
Təpin qarnına, lapda belə doğulduğum yerdən
Evləndinmi?
Gözüm aydın!
Haydı denə,
Bir daha kimi əylənirsən yenə,
Və bir daha kimi qandırırsan kəndinə?
Utanma söylə,
Kimə yedirirsən mənim artığımı?
Görüm bə açılsın əlin
Bir daha kimi aldadırsan
De bə kimi:
Görüm bə sünnət olsun dilin!
Evləndinmi? – gözümaydın!
Al da sənin olsun
Qopar divarımdan tərsinə asdığım fotonu
Bir az da sus
Bir az da kəs səsini
Görüm bə filimə çəkilsin
Səni qucaqladığım yoxluq
Görüm bə ekrana qoyulsun
Sənilə yaşadığım sənsizlik
Kimi qorxudursan?
Lap da belə vitrinə qoyulsun çılpaqlığın
Lapda belə reklam verilsin gözəlliyin
Bu da bir sevda
Nasıl da olsa başlanıb da bitər
Özgələrə pay olsun varlığın
Mənə yoxluğun yetər!
VAY_VAY
Bir daha göyçək ol
Sonra sənimi qızıb-söydüm?
Görüm bə kül ələnsin başıma kəhkəşanlar
Sonra sənimi əzib-döydüm?
Görüm bə çiban deşilsin içimdə vulqanlar
Dönəcəkmisən görən!
Yani unudacaqmısan,
Və bir daha anmazın,
Arxadan gözlərimi tutacaqmısan?!
Biz azda kövrək ol
Dön mənə bu gecə
Bir azda ürək ol
Döyün mənə bu gecə
Bir azda göyçək ol
Soyun mənə bu gecə.
Heç də mənə yaramaz bu işlər
Həyəcanımı gizlədəməm
Büs-bütün adernalinmi,
Yoxsa qanmı damarıma işlər?!
Sonra sənimi aldatdım
Görüm bə yerə soxulum ləş-ləş
Sonra sənimi büzüşdürüb bir kanara atdım
Görüm bə od düşsün içimə günəş!
Vay-vay
Görüm bə daş düşsün başıma ay!
Bir kəz səni sıxdım
Min kəz içimə sıxıldım
Haydı yetim!
Bir kəz sənin,
ama min kəz kəndi dodaqlarımı dişlədim
dönəcəkmisən görən!
Yani unudacaqmısan,
Və bir daha anmazın
Arxadan gözlərimi tutacaqmısan?!
QAYIT DA BIR DAHA
Qarşımda bir qoca var
Hamıdan küsmüş
Və 40 ildir daş kimi öyləsinə susmuş
Toratanlar var saqqalında
Və ətəyində bir quş var,
Səssizcə yuva qurmuş!
Ürəyindən nələr keçər biləməm
Bütün bilginlər yığışıb da aça bilməz gizin,
Qarşımda bir qoca var
40 ildir peşindədir
14 yaşlı bir qızın...
Vay məni Çiçək!
Qayıt,qayıt da bir daha
Təki səndən bir cocuğum olsaha...
Önümdə keş kimi uzanır yollar
Saqqız kimi dolaşır əl-qoluma
Yollar sankı şallaqdırlar
Belinə çəkilmiş yerin
Və günəş qanlı yaşdır axşamlar
Üzündən damlar göyün!
De bə Yusuf:
“Oooof benim eşek kafam of”
Boş ver allahına bax
Burax
Burax o itin qızını burax
Tələs qız,
Bir saatdan sonra görüşəcəyiz
Yani yüz il çəkər qurtarsın bu bir saat!
...Bir daha əllərim, əllərini bulsa ha
Və sarılsaq sım-sıxı yağmurlu gecələr
Təki, təki səndən bir cocuğum olsa ha...
Ölməzdim inandığın Allaha...
SEVDIYIMQƏZƏ DERDIM ƏFƏNDILƏR
Dəlicəsinə sevənlər də varmış
Oarda bir kişi,
Eşinə bir tikə sümük sonur doğum günündə
Altını damğalayır:” doğum gunun qutlu olsun”
Orada bir qadın,
ərinə başdaşı yonur doğum günündə
üstünü damğalayır:” gələcəyin mutlu olsun eşim”
boşver onları boş ver
sevdiyim qızı derdim əfəndilər!
Küsərkən
Nə yanıqlı gedirdi
Ürəyimin başı kimi
Barışırkən necə də duzlu gəlirdi,
Gözlərimin yaşı kimi.
Məndən dəlilər də varmış,
Burada bir qəssab,
Eşini tumarlayır hər gecə
Davar budunu tumarlayan əllərilə
Habelə qızılsız bir qadın
Kor ərinin çəliyini satır gizlicə.
Boş ver onları boş ver
Sevdiyim qızı derdim əfəndilər!
Heç nə olmadan ağlardı
Ürəyimi kövrətmək üçün
Omuzlarıma alardım başımı
Utancaq kəndini kəndimə öyrətmək üçün
Küsməyi naşı kimi
Barışmağı naşı kimi
Peşmanlığı naşı kimi
Necədə duzlu gələrdi
Gözlərimin yaşı kimi.
Ürəkdən ovuca düşənlər də varmış
Gəlinlər HƏN sözünü,
Ölənə qədər susurlar
Körpələr əmdiyi sütü anasının üzünə tüpürməkdə
Analar doğmur ki,
Zəhər kimi qusurlar!
Boş ver onları boş ver
Sevdiyim qızı derdim əfəndilər!
Sevə-sevə ayrıldıq
Ağlardım
Pulunu itirmiş uşaq kimi
Yetər mənə yetər
Büs-bütün içimə köçdüyüm yetər
Duvar kimi öz başıma üçdüyüm yetər
Olamadım atam kimi nə yazıq
Olamadım anamın halal oynaşı kimi
Necədə duzlu-duzlu gözümdən düşdü,
Gözlərimin yaşı kimi!...
küçə uşağıyam
Kuçə uşağıyam
Küçə söyüşlərinə öyrənib dilim
Təbəssümümdə gözəlliyin sınayan qızları
heç də sevmədim
Qeyrət yüküyəm
Küçə qəhbəsidir sevgilim!
Küçə divarlarına yazdım şeirlərimi
ara-sıra görə bilərsiniz
Üsyançı mübarizəm
küçə daşıdır silahım
Və anasını sikdiyim polislər var
Süleymanın sümüyündən yonulmuş çomaq bellərində
Ayişənin saçından hörülmüş şallaq əllərində
küçə kayfıma əngəl!
Arxadaşlarıq Süleyman və mən
Qardaş kimi bölüşürük hər axşam
Kayinat qədər dərdimizi
Və barmaq boyda nəşəni
Birdə dünyalarca sevdiyim Ayişəni
Bir parça şərrik demiş Məmmədrza əfəndi
Bir tikə boz ləkəyik ağ mədəniyyətizə
bizi dana bilərsiniz
onsuzda biz yoxuq
biz zatən heç zaman olmamışıq
Küçə söyüşlərinə öyrənib dilim
Təbəssümümdə gözəlliyin sınayan qızları
heç də sevmədim
Qeyrət yüküyəm
Küçə qəhbəsidir sevgilim!
Küçə divarlarına yazdım şeirlərimi
ara-sıra görə bilərsiniz
Üsyançı mübarizəm
küçə daşıdır silahım
Və anasını sikdiyim polislər var
Süleymanın sümüyündən yonulmuş çomaq bellərində
Ayişənin saçından hörülmüş şallaq əllərində
küçə kayfıma əngəl!
Arxadaşlarıq Süleyman və mən
Qardaş kimi bölüşürük hər axşam
Kayinat qədər dərdimizi
Və barmaq boyda nəşəni
Birdə dünyalarca sevdiyim Ayişəni
Bir parça şərrik demiş Məmmədrza əfəndi
Bir tikə boz ləkəyik ağ mədəniyyətizə
bizi dana bilərsiniz
onsuzda biz yoxuq
biz zatən heç zaman olmamışıq
Haydi durma gəl
Haydi durma gəl
Hanı anmazın qarşıma çıxdığın?
Hanı tər-tər canımın köynəyin sıxdığın?
Dağırtdım baxışlarımı gözlərinin dibində
Haydi yetər,
Hanı evimi başıma yıxdığın?
Və sonra məni öylə qərib,
Öylə yetim, bir kanara buraxdığın!
Heç nəyi sorma gəl.
Hey şərəfinə dəniz-dəniz içdiyim
Hey özümdən addım-addım içdiyim,
Yat üstümə toz kimi,
Qıvrıl boyuma sarmaşıq-sarmaşıq
Açıl önümdə roz kimi
Axı kim səni boyuma biçdi?
Axı kim səni mənə seçdi?
Sal canıma gözlərini
Yırt məni üzümə itilmiş gözlərinlə
Üz məni bacardığın işlərinlə
Haydı məni yorma gəl!
Hanı bəs hanı?
Haydi adamlığımı ayaqlarına tökdüyüm
Dadızdır mənə havvalıq dadını
Göstər mənə almanın qırmızlığını
Göstər mənə qızlığını!
Kim səni mənə dərdi?
Kim səni mənə qabıq soydu?
Axı kim səni ətəyimə qoydu?
Şeytana əlifba öyrədir suçsuzluğun
Ən böyük yalanı söyləyir düzlüyün
Tanrını üstümə qurma gəl
Bəxyə vurulur gözlərimə kipriklərim
Səndə məni vurma gəl
Haydı tez ol
Yax üstümə canının şirəsin
Vur çatlasın sümüklərim
Vur dağılsın iliklərim
Sil üstümdən bu kəsafəti
Aç gözlərini
Eşit sükutumun səsini
Axı kim səni mənə seçdi?
Axı kim səni boyuma biçdi?
Yaxalar ölüm məni
Hər addım qarşıma çıxdıqda ölüm,
Süzülüb barmaqlarımdan damlar göz yaşım
Və qan gölündə çimərəm hər gün
ürəyim titrəyər əllərimdə
Titrəyər də gülüm!
Düşün məni bu halımda
Düşün bir az da olsa
Otağımda namaz qılar qəsdən
Əri ölmüş Ayişə bibim
Bəzənər, qırcanar və nazlanar Tanrının önündə
qeyrətim coşar!
Gözlərimin içi tərlər hırsımdan, yanaram
Və dizə çökər
dizə çökər tanrının önündə fahişə bibim, qısqanaram
Halada sümüyü tirtrər məzarda anamın
35 il öncəsini xatırladar ap-aydın
Otanar qız körpəsindən,
Qoynunda gizlədər bir bax!
Və hırıldar bibim
Və guruldar bibim- oğlan doğmuş-
Guruldar buludlar kimi şax-şax!
Yaxalar цlьm məni,
düşün məni bu halımda
düşün bir azda olsa...
yaxalar ölüm məni
Yaxalar məni ölüm
Və əjdəhadır,
Qan gölündə çimdirər məni gər gün
Didib də utar
Qurtar məni, gəl də məni qurtar
Qulun olaram gülüm!
Evdən qaçdım bir səhər
15 yaşım varkən də qaçdım
Daş duvar tikərdik Mustafa və mən
Qarın əkməyinə, qarın yeməyinə işlərdik
Barmaqlarımız göyərdi Duzal-ın sazağında, yorulurduq
Və qovruldu ətimiz Qulan-ın istisində, pişərdik
Cəfə çəkdik cəfa!
O axşam darıxırdı Mustafa
Dişarı çıxdı,
hüzündən gözləri dolmuçdu
qayıtmadı bir daha
Və sonra vay hayını dinlədik Culfa-da
ölmüşdü- Araz-da boğulmuşdu gözü yaşlı Mustafa
Bə hara getdi,
Hara getdi 13 yaşlı Mustafa?
Və zindanı xatırlaram
Əlim-gözüm bağlı
Və beş qarış quru yer
qstümə bağırar müfəttiş
başım gicələr
və beynimi dələr sorğular birər-birər
Bir selloldaydıq İsmayıl və mən
qarısı ac və uşağı çılpaq gəzər məhəlləni
çörək oğurluğunda tutulmuş
Və həmən basıldı İsmayıl
Ax, nə günlər gördük!
Can verdik, qan qusduq, ömьr sürdük
Və sonra elanını gördüm duvarlara vurulmuş:
Boğarçığından asıldı İsmayıl!
Aaaax, nə hüzünlər dördük
Atılmış yavrusun gördüm,
Divarlar bucağında
Satılmış qarısın gördüm
Kişilər qucağında!
Hər addım qarşıma çıxdıqda ölüm,
Süzülüb barmaqlarımdan damlar göz yaşım
Və qan gölündə çimərəm hər gün
Ürəyim titrəyyər əllərimdə
Titrəyər də gülüm!
Düşün məni bu halımda
Düşün bir az da olsa
Qanı qanla yuyacağız
Odu odla söndürəcəyiz
kimə nə?
Lap da belə başımızı qaldırıb,
Göyə tüpürəcəyiz ağız-ağız
Bir də,
Qanı qanla yuyacağız.
Heyvan deyilik ki
Bəlli ki sevməyi də bacarırız bir az
O dur... çət otağında mənə hazırlanan qız!
Biz böylə bir əcayib insanız!
Kimisinə üzük qaşıdır
Bacımın dum-duru gözləri
Kimisinə biçaq sapıdır
Qardaşımın sümükləri
Kimisinə sap bəzəyidir
balamın dişləri
Kimisinə şallaq hörüldü anamın saçları
Kimisinə şərab piylasıdır
Babmın baş kasası
Kimənə heyyy,
Vətəni bir qəpikə satan PAN-ız
Biz böylə bir əcayib insanız!
Şüşə-şüşə çaxır
serium vurulur damarlarıma hər gecə
Odur ayağım axır
Odur beynimdən yağ kimi əriyib,
Ağzıma damlar düşüncələr
Odur kağız üstünə qan qusduğum şeir
Ürəyim bomba qurulub köksümdə,
çəkil yanımdan qız!!!
Biz böylə bir əcayib insanız!
Hanı Yaratdığım Tanrı ?!
Burax məni burax,
çək get işinə oğlan,
Burax partdadalım bu SİSTEMİ bir bax!
Hey hey...
Günəş, qığılcımdır ürəyimdən çaxmış.
Hey hey...
Ay, tozdur üstmdən qalxmış.
Sənin də ciyərin varsa çax
Haydı, sənin də ürəyin varsa qalx
çək get işinə oğlan,
Burax partladalım bu SİSTEMİ burax!
DEDIM BƏ BAXMA QIZ!
Öyləsinə baxma
Baxma
Dedim bə baxma qız!
Kim sənə küs dedi?
Kim səni qucağimdan qopardı?
Hansı gecə ,
Hansı gündüz,
Və necə də gözlərimdən gizlicə,
ürəyini apardı?
Titrəyən əllərimi buraxma
Buraxma
Dedim bə buraxma qız!
Kim sənə sus dedi?
kim səni yatırtdı xabına
Və anılarımızı beynindən süpüdü?
Qaç kərə dişlərini sıxdın?
qaç kərə əzildin,
qaç kərə dodaqların yerə tüpürdü?
Dizlərin titrəməsin bir daha
Ayağın büdrəməsin
Züyüb də axma
Axma
Dedim bə axma qız!
Hər ikimiz suçluyuq
Hər ikimiz axmaqız!
Kimlərə açı verdin
Sım-sıxı qoynunu?
Kimlərə maçı verdin
Qarşımdakı bükülmüş boynunu?
Yetməzmi?
Saydıqlarım bəs etməzmi?
Buraxıb da get
Durarsan gözlərim dolar
çəkib də buranı tərk et
heç də qayıtma nə olar?
ayrılığı mənə şər yaxma
Yaxma
Dedim bə yaxma qız!
Hala da şəkilin gözlərimdə
Hala da barmaq izlərin saçlarımda
Hala da otağımda qalır
Əksini duvardan tərsinə asdığım
Hala da səni qoxuyur
Gecələri sarıldığım yorqan
Və gündüzləri bağrıma basdığım
O cım cılaq yasdığım
Buraxıb da get
Durarsan gözlərim dolar
çəkib də buranı tərk et
Heç də qayıtma nə olar?
Bu şer sonulur Süleymanoğlu-ya
Adımı sorsanız,
mənim adım Heç Kim
Günəş kölgəsi də deyə bilərsiniz əfəndilər
bəri bax, bəri
gözlərinizə göstərdim bütün görəməzlikləri
qulaqlarınıza bağırdım bütün eşidəməzlikləri
şeir fəlsəfəm olmazınlar üzərində qurulmuş
ha belə bir də,
ürək sözüm yazmadığım şeirlərdə
Adımı sorsanız
mənim adım Heç Kim
Sükutun səsi də deyə bilərsiniz əfəndilər
haqqınızı yediyim doğrudur
24 il artıq yaşadım
danmıram ki
180 sant artıq dikəlmişəm
kəsin hər yerimi, sizin olsun
danmayıram ki
60 kilo artıq kökəlmişəm
kəsin ətlərimi, sizin olsun
sümük kimi sızladığım
ürək kimi göynədiyim yetər
ha belə bir də
hırsımdan dırnaqlarımı biləklərimə qədər çeynədiyim yetər
Adımı sorsanız
mənim adım Heç Kim
su ləkəsi də deyə bilərsiniz əfəndilər
“əyilib gözlərimin içinə baxıram”,
yalanlarımı çıxarmaq üçün
axı,
hansı ölü mənim kimi yata bilər?
Yatdım da büsbütün
hansı fahişə ürəyini də sata bilər?
Satdım da büsbütün
hansı dəli mənim kimi qata bilər?
Qatdım da büsbütün
Saqın aldanmayasan ha!
Kövrəlmə göz yaşıma
gizlicə gülməyim gəlir
burax məni tək başıma
bu gecə ölməyim gəlir
Adımı sorsanız mənim adım Heç kim
şeytan nütfəsi də deyə bilərsiniz əfəndilər...
Hanı Başımdakı Nəşə?
Hanı başımdakı nəşə?
Hanı ömrümü sunduğum peşə?
Hanı Anam kimi sevdiyim fahişə?
Hanı polislər, Kişi sümüyündən yonulmuş batom bellərində
Qadın saçından hörülmüş şallaq allərində
Hansı dilə gəlməz söyüş dillərində
Hanı hökümətdən qorxum?
Mənim heç kimim olmadı
Anam olmadı
qoynuna girəmədim ki
Babam olmadı
Cəsarətini görəmədim ki
Heç bir qadını sevmədim
Birisini sevdim
Nə yazıq kəndimi ona sevdirəmədim ki!
Heç bir oğlum olmadı
Su içmədi ovuclarımda
Heç bir qızım olmadı
Saçlarını hörəmədim ki
Tanrımı fəlsəfə soxaqlarında itirdim bir gecə
yalnızam
ömrümü bitirdim bir gecə,
yalnızam
Boşluğa yetirdim bir gecə
yalnızam
Sünnətdə insanlıq var, insan yox
Modernitədə insan var, insanlıq yox
Heç bir məktəbə erəmədim ki!
İmansızlığa iman gətirdim bir gecə
yalnızam
Hanı başımdakı nəşə?
Hanı darısqal küçələr
Hanı qaranlıq gecələr
Hanı gözlərinə vurulduğum fahişə,
Hanı?
Mən Bir Şairəm Sadəcə
Mən bir şairəm sadəcə
Filosuflar gözəlliyi düşünmək istər
Mən isə yaşamaq
Soyun mənə bir gecə
özünü göstər
Saqın aldanmayasan ha!
Araşdırıcılar çiçəyi didir burada
Alvercilər kəpənəklarin leşin
şamla mumya edir burada
Saqın aldanmayasan ha
Günəşi özlüyündə sevən yox ki
Günəşin batmağına üzülməyir bir kimsə
Qaranlıqdan bezirlər sadəcə
Mən bir şairəm sadəcə
filosuflar gözəlliyi düşünmək istər mən isə yaşamaq
soyun mənə bir gecə
özünü göstər
Sonra Sən Doğuldun
sonra sən doğuldun
Mənim yalqızlığıma
Açıq desəm doğrusu,
Ananın bətnindən qoğuldun
Biz yatmadan, tam ayıqcasına
Ən dəhşətli kabuslar gördük
Və, qeyrət bazarında
Bir paraya satılmış namuslar gördük
Boş ver canım!
Tanrının gözündən düşmüş,
Ananın bətnindən qoğulmuşlarıq biz
boş ver canım
ölьmə doğulmuşlarıq biz
Biz yellərcə özgür- quularca azad
Məhbuslar gördük
Tribon arxasında
Yaşamı Veto edir bir səs
Umid verir intihara
“Kimsəyə bu geniş dünyada qəbir azlığı yox “
bağırır nəfəs- nəfəs
Tribon arxasında xırıltılı bir səs
Alın yazım yarımçıq qazılıb canım
Və taleyimin son səhifələri
Ağ- appaq buraxılmış
Biz ölmədən qəbrimiz qazılıb canım
Son çabamızdır bu zəhərli havadan nəfəs çəkməyə
23-ildir boğulmuşlarıq biz
ölmüşük,
dirilməyə umid yox
23- ildir doğrusu
ölü doğulmuşlarıq biz
Boş ver canım
Atamın qurumuş leşin
Otağımdan zibil kimi süpürə bilməm
Anamın döşündən əmdiyim sütü
qaytarıb- üzünə tüpürə bilməm
Içərim qorxularla dolu
olum qorxuludur
Yaşayış ondan da qorxulu!
Dəlitək bir ömьr sürdük
Kimsə bizi anlamaz
Biz yatmadan
Tam ayıqcasına
Ən dəhşətli kabuslar gördük
biz
yellərcə özgür məhbuslar gördük
biz
satılmış namuslar gördük!
Biz…
SORĞU DOLU GÖZLƏRINƏ BAXDIM
Sorğu dolu gözlərinə baxdım
Suçlu insan keçmişinə baxan kimi
Bilmirəm gec doğulduq- yoxsa tez
Bir əsirdə sevişdik ki
Qadının qolundakı bilərzik
Ac ərinin gözün qamaşdırır
Bir əsirdə ki, kor əlindən çəlik oğurlayırlar
Və
ölü qadının leşinə şəhvətlə baxırlar
Uzaqlardan gəlirəm
Sənə ətək dolu hədiyələrlə
Mənə su ver, dodaqlarım çat-çat olmadan,
O sudan ki ,
Göyərçinlərin başın üzmədən Onlara verərlər!
Uzaqlardan gəlirəm
Ətək dolu hədiyələrlə
Sənə kamança vermək istəyirəm
Qolu qardaşımın sümüyündən,
Kasası babamın baş kasasından
Telləri
Bacımın saçlarından
Ve sədəfləri
Anamın dişlərindəndir
…… bir əsrdə ki
şairin ömürlük çalışması
üз зərək kəfən dəyərini ödəyə bilmir
Və qəbirqazan əməyi, ondan artıqdır
Sənə hədiyə vermək istəyirəm
İnan ki cetlərin uçuçuna mane olmasaydı
Hər axşam
Ağ göyərçinlərlə
Sənə sevgi dolu məktub da göndərərdim
Bu əsrin sevgisinə,
Bir baxış yetər
Və ən gözəl sevgilər nədənsizdilər
Bir əsirdə ki,
Qızılı odla
Qadını qızılla,
Və kişini qadınla, sınamaq,
Ən dəyərsiz işdir.
He…y…yy
Sizinləyəm qorxaq insanlar
He……y
Qorxudan suçsuz yaşayanlar
Və günah həsrətini özləriylə gora aparanlar!
Siz tanrıdan qorxdunuz
Və tanrı sizdən
Mən ki,
pis ilə yaxşı-
Aydıncasına içimdə çarpışır
çiynimdə dar ağacın daşadım
Məsih, səlibin Colcota təpəsinə daşayan kimi
Həm də yaşadım
Yəhuda yaşayan kimi
Yapdığım suçlardan
Nə utandım
Və nə qorxdum
Mənim ki ən gözəl
Eyni halda ən böyük günahım Sevgidir
YUXULARIM DOĞAL SİNEMA
Yuxularım doğal sinema
Və sən kabuslarımın artisti
Gül mənə, dəlicəsinə gül
Dişlərin üzümə itilmiş mişar kimi
Kəs gövdəmi
Min yerə böl
Yaralı köksümdən fidanlar Baş qaldırmada
Yenə də
Tanrı ilə əl-birəm cinayətə
Yani addım addım intihardayam
Və sənin fantastik əllərinlə
Dar kəndirin boynuma saldırmada
o……vvffff
əllərin nə sərin!
Kabuslarım ara
öz əlim gövdəmə toxunduqda
diskinib – ayılıram.
Bu da yeni bir fəlsəfə:
Mən qorxuram, Bə varam,
şeirlərim siyasət baram.
Gövdəm boydadır içimdə yaram.
..... yenə şeirdən dustaq tikmədəyəm
Kəlmələr daşı çiynimdə
çüşidli pilanlar beynimdə
Qaraqul kimi, Heç bir örtük əynimdə
23- il üzümü duvara söykədim.
Gözlərimdə qızlığı getmiş bir uşağın utanması,
ürəyimdə Lezbiyənların vəhşi öpüşündən sıcaq
Bir odun yanması
o……vv
üşürəm ancaq
12 yaşlı bir oğlan varmış
Taza ayılmış
Birinci kərə içində sevgini bulmuş,
Köylərinin fahişəsinə vurulmuş
12 yaşlı oğlan varmış bir zaman
Anası da ona əl verməyə qısqanarmış
Kimisi qanına susamış
Kimisi ətinə yerikləmişHamıdan qaçarmış bir zaman
bəri bax , bəri
sağduşum – solduşum fahişələr
yanı tanrının dişi elçiləri
Heç bir suçum olmadan yaşamağa məhkumam
Və səni sevməyə
Nəfəs dərmədən düşünmək zorundayam
Və ayılmaq təhlükəsində
........yuxularım doğal sinema
Və sən
Kabuslarımın artisti
BİR ZAMAN ÜZÜLƏRDİN BİRAZ
Bir zaman üzülərdin bir az
Heç nə olmadan ağlardın
Təkcə ürəyimi kövrətmək üçün
Təkcə Səni adicə qucaqlayıb
utancaq kəndini kəndimə öyrətmək üçün
omuzlarıma qoyardın başını
Tökərdin gözlərinin saxta yaşını
Oğunub- gülərdin bir az
Bir zaman üzülərdin bir az
Səni qonaqlardım bir ğecə
Bəbəyimcə sevdiyim kitablarımı
Bir qarın yeməyə satardım gizlicə
Ama sən,
İçərin, dışarın kimi
Məni qonaqlardın bir gecə
Sonra cibindəki yavan çörəkdən, sadəcə
Mənimçün bölərdin bir az
Bir zaman üzülərdin bir az
Uşaq kimi əllərimi köksümə döyərdim
Sevgimizi böyüklərə yox, halal süd içmiş uşaqlara öyərdim
Qışın şaxtasında
Əngi yaxasına keçmiş uşaqlara:
"Bilirsinizmi? çiçək od parçasıdır“ -Deyərdim
Mən səni dəlitək sevərdim
Sən də mənimçün ölərdin bir az
Bir zaman üzülərdin bir az
Sonra böyüdün
Doğrusu
Böyük olduğunu duydun
Və öyrəndin
Böyüklərə uşaq qalmağın yaramadığın
Olsun Çiçək
Heç də önəmli deyil
Məni bu halımda aramadığın
Kim səni qucağımdan qopardı?
Hansı anmazın birisi,
ürəyini apardı?
Nankorluq mənim kimisinə yapılarmı?
Bir də dunyanı gəzəsəm
Sənin kimisi tapılırmı?
Qanını içib keflənimmi bunca?
Ciyərlərini məzə edimmi doyunca?
Olsun Çiçək
Böyüdükcə unutdun ki
Mən səni sevərdim dəlitək
Sən də mənimçün
ölərdin bir az
Hər addım qarşıma çıxdıqda ölüm,
Süzülüb barmaqlarımdan damlar göz yaşım
Və qan gölündə çimərəm hər gün
ürəyim titrəyər əllərimdə
Titrəyər də gülüm!
Düşün məni bu halımda
Düşün bir az da olsa
Otağımda namaz qılar qəsdən
Əri ölmüş Ayişə bibim
Bəzənər, qırcanar və nazlanar Tanrının önündə
qeyrətim coşar!
Gözlərimin içi tərlər hırsımdan, yanaram
Və dizə çökər
dizə çökər tanrının önündə fahişə bibim, qısqanaram
Halada sümüyü tirtrər məzarda anamın
35 il öncəsini xatırladar ap-aydın
Otanar qız körpəsindən,
Qoynunda gizlədər bir bax!
Və hırıldar bibim
Və guruldar bibim- oğlan doğmuş-
Guruldar buludlar kimi şax-şax!
Yaxalar цlьm məni,
düşün məni bu halımda
düşün bir azda olsa...
yaxalar ölüm məni
Yaxalar məni ölüm
Və əjdəhadır,
Qan gölündə çimdirər məni gər gün
Didib də utar
Qurtar məni, gəl də məni qurtar
Qulun olaram gülüm!
Evdən qaçdım bir səhər
15 yaşım varkən də qaçdım
Daş duvar tikərdik Mustafa və mən
Qarın əkməyinə, qarın yeməyinə işlərdik
Barmaqlarımız göyərdi Duzal-ın sazağında, yorulurduq
Və qovruldu ətimiz Qulan-ın istisində, pişərdik
Cəfə çəkdik cəfa!
O axşam darıxırdı Mustafa
Dişarı çıxdı,
hüzündən gözləri dolmuçdu
qayıtmadı bir daha
Və sonra vay hayını dinlədik Culfa-da
ölmüşdü- Araz-da boğulmuşdu gözü yaşlı Mustafa
Bə hara getdi,
Hara getdi 13 yaşlı Mustafa?
Və zindanı xatırlaram
Əlim-gözüm bağlı
Və beş qarış quru yer
qstümə bağırar müfəttiş
başım gicələr
və beynimi dələr sorğular birər-birər
Bir selloldaydıq İsmayıl və mən
qarısı ac və uşağı çılpaq gəzər məhəlləni
çörək oğurluğunda tutulmuş
Və həmən basıldı İsmayıl
Ax, nə günlər gördük!
Can verdik, qan qusduq, ömьr sürdük
Və sonra elanını gördüm duvarlara vurulmuş:
Boğarçığından asıldı İsmayıl!
Aaaax, nə hüzünlər dördük
Atılmış yavrusun gördüm,
Divarlar bucağında
Satılmış qarısın gördüm
Kişilər qucağında!
Hər addım qarşıma çıxdıqda ölüm,
Süzülüb barmaqlarımdan damlar göz yaşım
Və qan gölündə çimərəm hər gün
Ürəyim titrəyyər əllərimdə
Titrəyər də gülüm!
Düşün məni bu halımda
Düşün bir az da olsa
Qanı qanla yuyacağız
Odu odla söndürəcəyiz
kimə nə?
Lap da belə başımızı qaldırıb,
Göyə tüpürəcəyiz ağız-ağız
Bir də,
Qanı qanla yuyacağız.
Heyvan deyilik ki
Bəlli ki sevməyi də bacarırız bir az
O dur... çət otağında mənə hazırlanan qız!
Biz böylə bir əcayib insanız!
Kimisinə üzük qaşıdır
Bacımın dum-duru gözləri
Kimisinə biçaq sapıdır
Qardaşımın sümükləri
Kimisinə sap bəzəyidir
balamın dişləri
Kimisinə şallaq hörüldü anamın saçları
Kimisinə şərab piylasıdır
Babmın baş kasası
Kimənə heyyy,
Vətəni bir qəpikə satan PAN-ız
Biz böylə bir əcayib insanız!
Şüşə-şüşə çaxır
serium vurulur damarlarıma hər gecə
Odur ayağım axır
Odur beynimdən yağ kimi əriyib,
Ağzıma damlar düşüncələr
Odur kağız üstünə qan qusduğum şeir
Ürəyim bomba qurulub köksümdə,
çəkil yanımdan qız!!!
Biz böylə bir əcayib insanız!
Hanı Yaratdığım Tanrı ?!
Burax məni burax,
çək get işinə oğlan,
Burax partdadalım bu SİSTEMİ bir bax!
Hey hey...
Günəş, qığılcımdır ürəyimdən çaxmış.
Hey hey...
Ay, tozdur üstmdən qalxmış.
Sənin də ciyərin varsa çax
Haydı, sənin də ürəyin varsa qalx
çək get işinə oğlan,
Burax partladalım bu SİSTEMİ burax!
DEDIM BƏ BAXMA QIZ!
Öyləsinə baxma
Baxma
Dedim bə baxma qız!
Kim sənə küs dedi?
Kim səni qucağimdan qopardı?
Hansı gecə ,
Hansı gündüz,
Və necə də gözlərimdən gizlicə,
ürəyini apardı?
Titrəyən əllərimi buraxma
Buraxma
Dedim bə buraxma qız!
Kim sənə sus dedi?
kim səni yatırtdı xabına
Və anılarımızı beynindən süpüdü?
Qaç kərə dişlərini sıxdın?
qaç kərə əzildin,
qaç kərə dodaqların yerə tüpürdü?
Dizlərin titrəməsin bir daha
Ayağın büdrəməsin
Züyüb də axma
Axma
Dedim bə axma qız!
Hər ikimiz suçluyuq
Hər ikimiz axmaqız!
Kimlərə açı verdin
Sım-sıxı qoynunu?
Kimlərə maçı verdin
Qarşımdakı bükülmüş boynunu?
Yetməzmi?
Saydıqlarım bəs etməzmi?
Buraxıb da get
Durarsan gözlərim dolar
çəkib də buranı tərk et
heç də qayıtma nə olar?
ayrılığı mənə şər yaxma
Yaxma
Dedim bə yaxma qız!
Hala da şəkilin gözlərimdə
Hala da barmaq izlərin saçlarımda
Hala da otağımda qalır
Əksini duvardan tərsinə asdığım
Hala da səni qoxuyur
Gecələri sarıldığım yorqan
Və gündüzləri bağrıma basdığım
O cım cılaq yasdığım
Buraxıb da get
Durarsan gözlərim dolar
çəkib də buranı tərk et
Heç də qayıtma nə olar?
Bu şer sonulur Süleymanoğlu-ya
Adımı sorsanız,
mənim adım Heç Kim
Günəş kölgəsi də deyə bilərsiniz əfəndilər
bəri bax, bəri
gözlərinizə göstərdim bütün görəməzlikləri
qulaqlarınıza bağırdım bütün eşidəməzlikləri
şeir fəlsəfəm olmazınlar üzərində qurulmuş
ha belə bir də,
ürək sözüm yazmadığım şeirlərdə
Adımı sorsanız
mənim adım Heç Kim
Sükutun səsi də deyə bilərsiniz əfəndilər
haqqınızı yediyim doğrudur
24 il artıq yaşadım
danmıram ki
180 sant artıq dikəlmişəm
kəsin hər yerimi, sizin olsun
danmayıram ki
60 kilo artıq kökəlmişəm
kəsin ətlərimi, sizin olsun
sümük kimi sızladığım
ürək kimi göynədiyim yetər
ha belə bir də
hırsımdan dırnaqlarımı biləklərimə qədər çeynədiyim yetər
Adımı sorsanız
mənim adım Heç Kim
su ləkəsi də deyə bilərsiniz əfəndilər
“əyilib gözlərimin içinə baxıram”,
yalanlarımı çıxarmaq üçün
axı,
hansı ölü mənim kimi yata bilər?
Yatdım da büsbütün
hansı fahişə ürəyini də sata bilər?
Satdım da büsbütün
hansı dəli mənim kimi qata bilər?
Qatdım da büsbütün
Saqın aldanmayasan ha!
Kövrəlmə göz yaşıma
gizlicə gülməyim gəlir
burax məni tək başıma
bu gecə ölməyim gəlir
Adımı sorsanız mənim adım Heç kim
şeytan nütfəsi də deyə bilərsiniz əfəndilər...
Hanı Başımdakı Nəşə?
Hanı başımdakı nəşə?
Hanı ömrümü sunduğum peşə?
Hanı Anam kimi sevdiyim fahişə?
Hanı polislər, Kişi sümüyündən yonulmuş batom bellərində
Qadın saçından hörülmüş şallaq allərində
Hansı dilə gəlməz söyüş dillərində
Hanı hökümətdən qorxum?
Mənim heç kimim olmadı
Anam olmadı
qoynuna girəmədim ki
Babam olmadı
Cəsarətini görəmədim ki
Heç bir qadını sevmədim
Birisini sevdim
Nə yazıq kəndimi ona sevdirəmədim ki!
Heç bir oğlum olmadı
Su içmədi ovuclarımda
Heç bir qızım olmadı
Saçlarını hörəmədim ki
Tanrımı fəlsəfə soxaqlarında itirdim bir gecə
yalnızam
ömrümü bitirdim bir gecə,
yalnızam
Boşluğa yetirdim bir gecə
yalnızam
Sünnətdə insanlıq var, insan yox
Modernitədə insan var, insanlıq yox
Heç bir məktəbə erəmədim ki!
İmansızlığa iman gətirdim bir gecə
yalnızam
Hanı başımdakı nəşə?
Hanı darısqal küçələr
Hanı qaranlıq gecələr
Hanı gözlərinə vurulduğum fahişə,
Hanı?
Mən Bir Şairəm Sadəcə
Mən bir şairəm sadəcə
Filosuflar gözəlliyi düşünmək istər
Mən isə yaşamaq
Soyun mənə bir gecə
özünü göstər
Saqın aldanmayasan ha!
Araşdırıcılar çiçəyi didir burada
Alvercilər kəpənəklarin leşin
şamla mumya edir burada
Saqın aldanmayasan ha
Günəşi özlüyündə sevən yox ki
Günəşin batmağına üzülməyir bir kimsə
Qaranlıqdan bezirlər sadəcə
Mən bir şairəm sadəcə
filosuflar gözəlliyi düşünmək istər mən isə yaşamaq
soyun mənə bir gecə
özünü göstər
Sonra Sən Doğuldun
sonra sən doğuldun
Mənim yalqızlığıma
Açıq desəm doğrusu,
Ananın bətnindən qoğuldun
Biz yatmadan, tam ayıqcasına
Ən dəhşətli kabuslar gördük
Və, qeyrət bazarında
Bir paraya satılmış namuslar gördük
Boş ver canım!
Tanrının gözündən düşmüş,
Ananın bətnindən qoğulmuşlarıq biz
boş ver canım
ölьmə doğulmuşlarıq biz
Biz yellərcə özgür- quularca azad
Məhbuslar gördük
Tribon arxasında
Yaşamı Veto edir bir səs
Umid verir intihara
“Kimsəyə bu geniş dünyada qəbir azlığı yox “
bağırır nəfəs- nəfəs
Tribon arxasında xırıltılı bir səs
Alın yazım yarımçıq qazılıb canım
Və taleyimin son səhifələri
Ağ- appaq buraxılmış
Biz ölmədən qəbrimiz qazılıb canım
Son çabamızdır bu zəhərli havadan nəfəs çəkməyə
23-ildir boğulmuşlarıq biz
ölmüşük,
dirilməyə umid yox
23- ildir doğrusu
ölü doğulmuşlarıq biz
Boş ver canım
Atamın qurumuş leşin
Otağımdan zibil kimi süpürə bilməm
Anamın döşündən əmdiyim sütü
qaytarıb- üzünə tüpürə bilməm
Içərim qorxularla dolu
olum qorxuludur
Yaşayış ondan da qorxulu!
Dəlitək bir ömьr sürdük
Kimsə bizi anlamaz
Biz yatmadan
Tam ayıqcasına
Ən dəhşətli kabuslar gördük
biz
yellərcə özgür məhbuslar gördük
biz
satılmış namuslar gördük!
Biz…
SORĞU DOLU GÖZLƏRINƏ BAXDIM
Sorğu dolu gözlərinə baxdım
Suçlu insan keçmişinə baxan kimi
Bilmirəm gec doğulduq- yoxsa tez
Bir əsirdə sevişdik ki
Qadının qolundakı bilərzik
Ac ərinin gözün qamaşdırır
Bir əsirdə ki, kor əlindən çəlik oğurlayırlar
Və
ölü qadının leşinə şəhvətlə baxırlar
Uzaqlardan gəlirəm
Sənə ətək dolu hədiyələrlə
Mənə su ver, dodaqlarım çat-çat olmadan,
O sudan ki ,
Göyərçinlərin başın üzmədən Onlara verərlər!
Uzaqlardan gəlirəm
Ətək dolu hədiyələrlə
Sənə kamança vermək istəyirəm
Qolu qardaşımın sümüyündən,
Kasası babamın baş kasasından
Telləri
Bacımın saçlarından
Ve sədəfləri
Anamın dişlərindəndir
…… bir əsrdə ki
şairin ömürlük çalışması
üз зərək kəfən dəyərini ödəyə bilmir
Və qəbirqazan əməyi, ondan artıqdır
Sənə hədiyə vermək istəyirəm
İnan ki cetlərin uçuçuna mane olmasaydı
Hər axşam
Ağ göyərçinlərlə
Sənə sevgi dolu məktub da göndərərdim
Bu əsrin sevgisinə,
Bir baxış yetər
Və ən gözəl sevgilər nədənsizdilər
Bir əsirdə ki,
Qızılı odla
Qadını qızılla,
Və kişini qadınla, sınamaq,
Ən dəyərsiz işdir.
He…y…yy
Sizinləyəm qorxaq insanlar
He……y
Qorxudan suçsuz yaşayanlar
Və günah həsrətini özləriylə gora aparanlar!
Siz tanrıdan qorxdunuz
Və tanrı sizdən
Mən ki,
pis ilə yaxşı-
Aydıncasına içimdə çarpışır
çiynimdə dar ağacın daşadım
Məsih, səlibin Colcota təpəsinə daşayan kimi
Həm də yaşadım
Yəhuda yaşayan kimi
Yapdığım suçlardan
Nə utandım
Və nə qorxdum
Mənim ki ən gözəl
Eyni halda ən böyük günahım Sevgidir
YUXULARIM DOĞAL SİNEMA
Yuxularım doğal sinema
Və sən kabuslarımın artisti
Gül mənə, dəlicəsinə gül
Dişlərin üzümə itilmiş mişar kimi
Kəs gövdəmi
Min yerə böl
Yaralı köksümdən fidanlar Baş qaldırmada
Yenə də
Tanrı ilə əl-birəm cinayətə
Yani addım addım intihardayam
Və sənin fantastik əllərinlə
Dar kəndirin boynuma saldırmada
o……vvffff
əllərin nə sərin!
Kabuslarım ara
öz əlim gövdəmə toxunduqda
diskinib – ayılıram.
Bu da yeni bir fəlsəfə:
Mən qorxuram, Bə varam,
şeirlərim siyasət baram.
Gövdəm boydadır içimdə yaram.
..... yenə şeirdən dustaq tikmədəyəm
Kəlmələr daşı çiynimdə
çüşidli pilanlar beynimdə
Qaraqul kimi, Heç bir örtük əynimdə
23- il üzümü duvara söykədim.
Gözlərimdə qızlığı getmiş bir uşağın utanması,
ürəyimdə Lezbiyənların vəhşi öpüşündən sıcaq
Bir odun yanması
o……vv
üşürəm ancaq
12 yaşlı bir oğlan varmış
Taza ayılmış
Birinci kərə içində sevgini bulmuş,
Köylərinin fahişəsinə vurulmuş
12 yaşlı oğlan varmış bir zaman
Anası da ona əl verməyə qısqanarmış
Kimisi qanına susamış
Kimisi ətinə yerikləmişHamıdan qaçarmış bir zaman
bəri bax , bəri
sağduşum – solduşum fahişələr
yanı tanrının dişi elçiləri
Heç bir suçum olmadan yaşamağa məhkumam
Və səni sevməyə
Nəfəs dərmədən düşünmək zorundayam
Və ayılmaq təhlükəsində
........yuxularım doğal sinema
Və sən
Kabuslarımın artisti
BİR ZAMAN ÜZÜLƏRDİN BİRAZ
Bir zaman üzülərdin bir az
Heç nə olmadan ağlardın
Təkcə ürəyimi kövrətmək üçün
Təkcə Səni adicə qucaqlayıb
utancaq kəndini kəndimə öyrətmək üçün
omuzlarıma qoyardın başını
Tökərdin gözlərinin saxta yaşını
Oğunub- gülərdin bir az
Bir zaman üzülərdin bir az
Səni qonaqlardım bir ğecə
Bəbəyimcə sevdiyim kitablarımı
Bir qarın yeməyə satardım gizlicə
Ama sən,
İçərin, dışarın kimi
Məni qonaqlardın bir gecə
Sonra cibindəki yavan çörəkdən, sadəcə
Mənimçün bölərdin bir az
Bir zaman üzülərdin bir az
Uşaq kimi əllərimi köksümə döyərdim
Sevgimizi böyüklərə yox, halal süd içmiş uşaqlara öyərdim
Qışın şaxtasında
Əngi yaxasına keçmiş uşaqlara:
"Bilirsinizmi? çiçək od parçasıdır“ -Deyərdim
Mən səni dəlitək sevərdim
Sən də mənimçün ölərdin bir az
Bir zaman üzülərdin bir az
Sonra böyüdün
Doğrusu
Böyük olduğunu duydun
Və öyrəndin
Böyüklərə uşaq qalmağın yaramadığın
Olsun Çiçək
Heç də önəmli deyil
Məni bu halımda aramadığın
Kim səni qucağımdan qopardı?
Hansı anmazın birisi,
ürəyini apardı?
Nankorluq mənim kimisinə yapılarmı?
Bir də dunyanı gəzəsəm
Sənin kimisi tapılırmı?
Qanını içib keflənimmi bunca?
Ciyərlərini məzə edimmi doyunca?
Olsun Çiçək
Böyüdükcə unutdun ki
Mən səni sevərdim dəlitək
Sən də mənimçün
ölərdin bir az
Subscribe to:
Posts (Atom)